Dərc olunub: 31.10.2024

Şəhid övladlarının təhsil sahəsində olan bütün ehtiyaclarını qarşılamağa hazırıq.

Mektebgushesi.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Vətən müharibəsində şəhid olan şəxslərin məktəbli övladları ilə görüşündə deyib.

M.Abbaszadə şəhid övladlarının təhsilinin daim diqqət mərkəzində olduğunu bildirib:

“Bu görüş nə ilk, nə də son olacaq. Belə tədbir və görüşləri təşkil etməyə davam edəcəyik. Şəhid övladlarının təhsil sahəsində ehtiyacı olan hər cür yardımı göstərməyə hazırıq. Amma burada sizlərin də üzərinizə məsuliyyət düşür. Sınaq imtahanları təşkil ediləcək, amma iştirak edib-etməmək sizin qərarınızdır. Çalışın daim öyrənin, inkişaf edin”.

O xatırladıb ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci ildən bu günədək YAŞAT Fondunun təqdim etdiyi siyahıya uyğun olaraq, şəhid övladları və qazilərə ümumilikdə 5 mindən artıq vəsait hədiyyə edib.

Bənzər yazılar