Azərbaycan Tibb Universitetində daha bir prorektor təyin edilib.
Mektebgushesi.az xəbər verir ki, İlqar Mehrabov ali təhsil müəssisəsinin İnzibati – təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə gətirilib.
O, artıq öz səlahiyyətlərinin icrasına başlayıb. İlqar Mehrabov 1995-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində öncə müfəttiş, sonra isə şöbə müdiri vəzifəsində, 2004-cü ildə Müstəqil Azərbaycan Universitetində tədris işləri üzrə prorektor vəzifəsində, 2004-2016-cı illərdə Dövlət Sosial Müdafiə Fondunda sektor müdiri vəzifəsində, 2016-cı ildən 2024-cü ilin sentyabr ayına kimi Azərbaycan Tibb Universitetində Baş Mühasib vəzifəsində, 2018-ci ildən isə həm də Rektorun müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bu vəzifəni 2017-ci ildən Tağı Rəşid oğlu Əhmədov tutub.
Xatırladaq ki, bundan əvvəl Məlahət Sultanova Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, Nazim Pənahov tədris və müalicə işləri üzrə prorektor, Mahir Səfərov Tərbiyə işləri üzrə prorektor təyin edilib.