Görüşdə çıxış edən nazir müavini tələbələrə gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssisi kimi daim özlərini inkişaf etdirməyi, elmin inkişafını diqqətdə saxlamağı və praktiki-nəzəri biliklərə dərindən yiyələnməyi tövsiyə edib. Nazir müavini bildirib ki, ölkəmizin yeganə aqrar yönümlü kadr hazırlığı aparan ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universiteti həm tələbələrin praktiki bacarıqlarının inkişafı, həm də onların innovativ ideyalarının dəstəklənməsi baxımından müstəsna rola malikdir.
Tələbələr onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə və Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlıqlarını bildiriblər. Tələbələr bu gün elmə, təhsilə olan diqqət və qayğının hər bir gəncin istedadının və bacarığının ortaya çıxması üçün olduqca əlverişli imkanlar yaratdığını vurğulayıblar.
Sonda tələbələrin sualları cavablandırılıb.