Dərc olunub: 28.10.2024

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində ocaqçı vəzifəsində çalışan işçilər üçün təlimlərə start verilib.

Paytaxtın 12 rayonu üzrə təşkil olunan təlimlər “Azəristiliktəchizat” ASC-nin mütəxəssisləri tərəfindən keçirilir.

Təlimlərin keçirilməsinin əsas məqsədi qazanxanalarda əməyin mühafizəsinin təşkili, qurğuların təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və texniki istismar qaydalarının tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi ilə bağlı ocaqçıların bilik və bacarıqlarını artırmaqdan ibarətdir.

Nəzəri və praktik hissələrdən ibarət olan təlimlərdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir, müvafiq mövzularla bağlı müzakirələr aparılır.

Qeyd edək ki, üç gün davam etdirilməsi nəzərdə tutulan təlimlərə 300-ə yaxın ocaqçı cəlb olunacaq.

Bənzər yazılar