Oktyabrın 26-da Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində meyit tapılıb.
Mektebgushesi.az xəbər verir ki, meyiti tapılan şəxsin 2003-cü il təvəllüdlü Şaiq Elçin oğlu Məmmədov olması müəyyən edilib. Siyəzən şəhər sakini olan gəncin Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsi olması məlum olub.
Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.