Dərc olunub: 28.10.2024

Dövlət İmtahan Mərkəzi tərəfindən 28 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ mövzusunda təlim keçirilib.

Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Bənzər yazılar