Dərc olunub: 28.10.2024

“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin dörddəbir və ikidəbir mərhələləri keçirilib.

Bakı şəhəri Nəsimi və Sabunçu rayon və Appelyasiya məhkəmələrində hakimlərin iştirakı ilə keçirilən səhnələşdirilmiş məhkəmə müsabiqəsində 8 komanda iddiaçı və cavabdeh kimi çıxış edib. Nəticədə 193 nömrəli tam orta məktəb, Məktəb-Lisey Kompleksi, Tərəqqi və 291 nömrəli Ekologiya liseylərinin şagirdlərindən ibarət  komandalar finala vəsiqə qazanıblar.

Müsabiqənin final turu Azərbaycan Respublikası Ali Məhkəməsində keçiriləcək.

“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin dörddəbir və ikidəbir mərhələlərini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin nümayəndələri izləyiblər.

Qeyd edək ki, BŞTİ-nin Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (“ELSA Azərbaycan”) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqədə idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin X-Xl sinif şagirdləri və hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak edir. Müsabiqə gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhvə verilməsi məqsədilə keçirilir.

Bənzər yazılar