Dərc olunub: 28.10.2024

Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlarının əməkdaşlarının davamlı inkişafı və müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən “Danışır təcrübə” layihəsi davam edir.

Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə, layihənin budəfəki qonağı millət vəkili, tibb üzrə elmlər doktoru, “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası” İctimai Birliyinin İdarə heyətinin sədri Rəşad Mahmudov olub.

“Həyatın nəbzi” mövzusunda çıxış edən Rəşad Mahmudov sağlam həyat fəlsəfəsi və bu həyat tərzinin şərtlərindən danışıb.

Ağıl, dərrakə və ədalətli müqayisə bacarığının əsas insani xüsusiyyətlər olduğunu bildirən Rəşad Mahmudov gələcəyin daha sağlam cəmiyyətini yaratmaqda səhiyyə və təhsilin fərdi və ortaq vəzifələrindən də söz açıb.

Rəşad Mahmudov çıxışında ruhən və fiziki sağlamlıq üçün zəruri olan amillər barədə öz tövsiyələrini verib.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

Bənzər yazılar