Dərc olunub: 26.10.2024

 

Həm müəllimlər, həm valideynlər uşaqları  vətənpərvərlik ruhunda

 tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda

 böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar.

                                                                                    İlham Əliyev

                                 Azərbaycan Respublikasının Prezidenti.

Bir müəllim kimi, daim, Ulu Öndərin, Ümummilli Liderin sadə, eyni zamanda yığcam fikirlərinə sadiq olmuşam:  “ Bizim üçün tarixi bir amal var – azərbaycançılıq…”  Məncə bu kəlam hər bir müəllimin qarşısında – bir amal, bir məqsəd,  bir  prinsip olmalıdır.

Göründüyü kimi,  azərbaycançılıq  ideologiyasının mahiyyəti – çox dərin, əhatəli  və zəngindir. Bu isə, gələcəyimizin təminatı, qarantısıdır.

Bildiyimiz kimi hər bir insanın ilk tərbiyəçisi onun valideynləri, sonra isə, pillələr və səviyyələr üzrə müəllimləridir. Deməli, qazanılan bilik və bacarıqlarla yanaşı, insanın formalaşmasının əsasını, bünövrəsini – ümumtəhsil məktəbləri qoyur.

Lakin, məlum məsələdir ki, ümumi təhsilə cəlb edilən uşaqlar – potensial imkanlı, istedadlı, intelektual bacarıqlı, bilik və bacarıqları eyni səviyyədə olmur. Biz müəllimlər isə bu mənada qətiyyətlə  heç bir uşağı nəzərdən qaçırmamalı, onların incə qəlblərinə dəyməməliyik. Bu incə bir nüansı  untmamalı, uşağa  – “ sən dövlət, cəmiyyət üçün gərəkli şəxssən”  fikrini aşılamaqla, onlarda həyat eşqini yüksəltməli, həyata lazımlı  və faydalı olduğunu, bir növ azərbaycançılığı əsas tutaraq ideoloji tədbirlərə hazırlamalıyıq.

Məqsədimiz, ölkəmizi dünya miqyasında, dünya çapında tanıtmaq, Azərbaycanı Dünyada lider dövlətə çevirmək, ölkəmizin beynəlxalq nüfuzunun  getdikcə  artmasını təmin etmək üçün, fundamental kadrlar hazırlamaq, onları tolerant  vətəndaş kimi yetişdirməkdir.

Bir müəllim olaraq, 28 illik təcrübəmdə məqsədim:  daim şagirdlərimə – Dövlət  və dövlətçiliyi sevmək, ona sadiqlik, Vətəni sevmək, onu qorumaq, Azərbaycan Xalq Cumhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olması, eləcə də, bugünkü müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin Xalq qarşısında, Azərbaycanın çiçəklənməsində misilsiz və mübağiləsiz əməyini, müstəqilliyimiz  naminə həlak olan  “20 Yanvar” şəhidlərini, eləcə də, mənfur qonşularımızın işğal etdikləri Şuşamızı, Xocalı, Xocavənd, Zəngilanla yanaşı 12 rayon, 20 faiz torpağımız, Dünya Azərbaycanlılarının üzərində tətbiq edilən soyqırım, eləcə də, milli və dini bayramlarımıızı, qarşısında diz çökərək and içdiyimiz üçrəngli bayrağımız, Ali Baş Komandanımızın rəşadətli qələbəsinin timsalı olan Lələtəpə döyüşləri, Cocuq Mərcanlı kəndinin alınması, tarixi abidələrimiz, ümumiyyətlə, şanlı keçmişimiz, şərəfli bu günümüz, işıqlı sabahımızın tarixini, yaşadığımız Gəncə şəhərinin  1139-cu ildə zəlzələdən dağlması, Gəncə darvazalarının aqibətini, eləcə də Dünya klassiklərinin ən

şərəfli nümayəndələrindən biri olan Nizami Gəncəvi, Məhsəti Gəncəvi,  Mirzə Şəfi Vazehin həyatından məlumat vermək, bu haqda ideoloji tədbirlər hazırlamaqdır.

  1. Ulu Öndər, Ümummilli Lider, Azərbaycan Respublikasının qurucusu və baş memearı Heydər Əliyevin anım günü münasibəti ilə keçirdiyim tədbirdə , şagirdlərim öz sayqı və hörmətlərini söylədikləri şeirlərlə bildirdilər.

Ulu Öndərin ideyalarına sadiq  qalmağı, təbliğ etməyi, onun – azərbaycançılıq ideyasını  rəhbər tutaraq və eyni zamanda sadiq qalaraq – keçirdiyim tədbirlərdə buna sadiq qalmışam…

 

  1. “Dövlət bayrağı”  günü  münasibəti ilə balaca fidanlarımla “Yetər ki, sən dalğa­lan…”  adlı  möhtəşəm kompozisiya ilə çıxış etdim.

Məqsədim:  İlk dəfə, 1918-ci ildə Məmməd Əmin Rəsulzadə tərəfindən qaldırılan, lakin süqut edərək, 70 ildən sonra, Ulu Öndər, Ümummilli Lider  Heydər Əliyev tərəfindən  dalğalanan üçrəngli bayrağımızı  tanıtmaq, onun müqəddəsliyini, əzəmətini şagirdlərə nümayiş etdirmək və aşılamaqdır.

 

  1. Azərbaycan Xalq Cumhuriyyətinin  100  illiyi  münasibəti ilə keçirdiyim tədbiri  – daha əlamətdar  hesab etmək  olar. Ssenari müəllifi və quruluşcu rejissoru   bəndəniz  – Aytən Cumalıyeva olduğu üçün, çalışdım ki, heç bir şagird kənarda qalmasın. Çünki, ideoloji tədbirlər hazırlamaq – qürür hissi ilə yanaşı, məsuliyyət, həvəs, sevgi, Vətənə, torpağa, doğma Azərbaycanımıza bağlılıq, peşəsinə, sənətinə – məhəbbət  kimi   faktoloji ünsürləri özündə birləşdirir.  Hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi – azərbaycançılıq ideologiyasının mahiyyəti çox dərindir. Və hər bir azərbaycanlının tutduğu yolu müəyyən etməlidir.

Tədbirdə  yalnız bir  səhnədən, bir epizoddan söhbət açmaq istəyirəm. Ssenari müəllifi olduğum tamaşada hadisələr  Gəncədə, Azərbaycan Xalq Cumhuriyyətinin binasında  (indiki Azərbaycan Dövlət Aqrar Universitetin binası) cərəyan edir.  Və,  Cumhuriyyətin fəalları : M.Ə.Rəsulzadə, F.Xoyski, Z. Göyalp, Ə.Hüseynzadə, Ü.Hacıbəyli dəyirmi masa arxasında əyləşərək , atributları müzakirə edirlər… Həmin tədbirin tam versiyasına  “yootube” kanalının aşağıdakı saytlarında baxa bilərsiniz.

1-ci hissə :

https://www.youtube.com/watch?v=6SAKNR1oxiI&fbclid=IwAR053-Ww5Rtm6998iGpo0dWTBSxK3kfnuHEbj_5f9QPN7IcX1mfVB3cJNK0

2-ci hissə:

https://www.youtube.com/watch?v=cnG7LYsl_Xo&fbclid=IwAR0GmWN9L3AwpmCRJW_s7NTJjHjHp65fWXcaVcIEro0G3k49GNyuBJjG85Y

3-cü hissə:

https://www.youtube.com/watch?v=pQfJepuzS2c&t=7s&fbclid=IwAR2z9nfkDIfTxCxeSBO84qOO5jMAdAOP4TqFV17cnt1j902ioVHOhrOmS5w

 

  1. Vətən sevgi, vətənə məhəbbət aşılamaq- ümdə məsələlərdən biridir. İşğal altında olan 12 rayon, 20 % torpaqlarımız – bizim yaralı ürəyimizdir. Mənfur qonşularımız tərəfindən işğal altında olan Qarabağ, Xocalı, Zəngilan – bizi tarixi unutmamağa səsləyir. Verdiyimiz yüzlərlə şəhidin qanı yerdə qalmayacaq. Vətən uğrunda ölənlər – unudulmur, yaddan çıxmır! Şəhidlik zirvəsinə ucalanları- biz şahidlər unutmamalıyıq! Buna  – bizim mənəvi haqqımız yoxdur!

Bu ideologiyanı nəzərə alaraq,  “Şəhidlər və Şahidlər ” adlı nümunəvi dərs keçdim. Dərsimdə, Gəncə Təhsil İdarəsinin Metodiki Mərkəzinin rəhbəri – Söhrab Hacıyev, sözügedən idarənin metodisti –  Teyyubə Musayeva, məktəbimizin direktoru –  Səmadil Əliyeva və digər müəllimlər iştirak etdilər. Yüksək səviyyədə keçən dərsimlə əlaqədar olaraq, əməyim qiymətləndirildi. Gəncə Təhsil İdarəsinin müdiri –  Zakir Hüseynov və məktəbimizin direktoru- Səmadil xanım Əliyeva tərəffindən “Fəxri Fərman” la mükafatlandırıldım.

 

  1. Vətənpərvərlik mövzusu ilə bağlı daha bir  ideoloji tədbir hazırladım. Tədbirim,Sovet İttifaqı Qəhrəmanı, “Mixaylo” ləqəbli Mehdi Hüseynzaənin anadan olamsının 100 illiyi münasibəti ilə  “Uzaq sahillərdə” bədii filminə  istinadən  “ Qəhrəmanın ölümü ” adlı layihə idi.  Layihəni 2-ci və 4-cü siniflər arasında müştərək reallaşdırdım.

Tədbirimə – Milli Məclisin deputatı Pərvin xanın Kərimzadə,  Aqrar Universitetin İnformasiya  Agentliyinin  rəhbəri, jurnalist  Qalib Rəhimli iştirak etdi.

  1. Azadlıq  uğrunda şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızı da unutmadım…  “20  Yanvar ” şəhidlərinin xatirəsinə həsr etdiyim tədbirdə  “İlham və Fərizə” nin ölümünü səhnələşdirdim. Şagirdlərim – o qədər gözəl, pəşəkarcasına rolun öhdəsindən gəldilər  ki… heyran olmamaq mümkün deyildi. Əlinin – İlhamı, Aysunun – Fərizəsinin ölümü, rus əsgərlərinin atəş açma səhnəsi – jest, mimika, improvizasiya ilə çox gözəl alınmışdı…

 

  1. Azərbaycanın tarixi çox qədimdir… Yaşadığımız Gəncə şəhərinin isə təxminən- 4500 yaşı var. 1139-cu ildə baş verən dəhşətli zəlzələ nəticəsində Alparaq (Kəpəz) dağının başı uçaraq, Ağsu çayının qarşısını kəsmiş, nəticədə isə füsunkar – Göygöl yaranmışdır. Gəncə şəhəri isə darmadığın olmuş, əhalisi isə məhv olmuşdu. Bundan istifadə edən gürcü  çarı Dimetri şəhərə hücüum edib, Gəncə qapısını bir qənimət kimi öz ölkəsinə aparmışdı. 1141-ci ildə isə, Azərbaycanın klassik şairi, mütəfəkkiri,  “Xəmsə” nin müəllifi  Nizami Gəncəvi dünyaya gəlmişdir.

Bütün bunlar  və bundan da çox  məlumatlar əldə etmək üçün, biz, yəni sinifim ekskursiya təşkil etdik. Əlbəttə, Nizami Gəncəvi haqqında, “Gəncə darvazası” haqqında, ümumilikdə Gəncənin tarixi haqqında və bütün bunlar haqqında layihə işi hazırlamaq – ideolji tədbirlər planının bir qismi hesab etmək olar…

  1. Uşaqlarda tariximizə, keçmişimizə maraq və bu marağı məzh bədii ədəbiyyata yönləndirmək məqsədi ilə, “Bir qalanın sirri ” kinofilminə istinadən, uşaqlarda bədii ədəbiyyata maraq “ adlı layihə həyata keçirdim. Layihədə, 3-cü və 4-cü sinif şagirdləri iştirak edirdi. Məqsədim: şagirdlərdə bədii  ədəbiyyata, kitaba həvəs, maraq yaratmaq, kitabxana ilə sıx, mütəmaddi əlaqə saxlamaq idi. Devizim isə: hər bir şagird, onun müəllimi və valideyni – hamılıqla hər gün saat 19:00 – da,  televizorları, kimpüterləri, telefonları, radioları söndürüb, bir saat kitab oxumaqdan ibarət idi…

  1. “Xocalı” faciəsi –  əsrin ən qəddar soyqırımı… Bu faciəni Dünyaya  tanıtmaqla  yanaşı, onu gələcək nəsilə – olduğu kimi, əsl həqiqəti  çatdırmaq – biz müəllimlərin prioritet məsələlərindən biridir. Bir vətəndaş  kimi, bir  müəllim kimi mən bu faciəni kənarda qoya bilməzdim… İdeoloji  tədbirlər  baxımından, bu facəni keçirmək, kiçik kompozisiya  hazırlamaq mənim borcum idi… Ən əsası da, azərbaycançılıq  borcum….
  1. İdeoloji tədbirlər siyahısına Milli bayramımız olan – “Novruz” bayramını da əlavə edə bilərəm. “ Novruz” – yeni gün deməkdir, torpağın oyanışı,  yeni ilin gəlməsi, bahar əhavli-ruhiyyəsinin duyulası deməkdir. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev, bu  bayramını sevmiş, xalqın içərisində, xalqla bir yerdə keçirmişdir. Kosa və Keçəlin zarafatlarını dinləmiş,  onlarla yumurta belə döyüşdürmüşdür.

Bu əziz bayramı mən də sevmiş, onu şagirdlərimə sevdirməyə  çalışmışam. Bu məqsədlə də “Novruz” tədbiri  təşkil etdim. Həmin tədbirə  “Dəli Kür ”  bədii filimdən “Bayram payı” olan hissəni də səhnələşdirmişəm. Məqsədim: İnsanları birliyə, kollektivçiliyə, şən əhvali – ruhiyyəyə köklənən  “Novruz ” byarmını təbliğ etmək, onu gələcək nəsilə ötürməkdir.

 

Bənzər yazılar