Dərc olunub: 26.10.2024

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev AzTU – Azerbaycan Texniki Universiteti rektoru Vilayət Vəliyev və universitetin kollektivi ilə görüşüb.

Mektebgushesi.az xəbər verir ki, AzTU-nun rektoru Vilayət Vəliyev tədbirdə çıxış edərək universitetin həyatında Həmkarlar İttifaqı Komitəsinin (HİK) rolundan söz açıb. O, Həmkarlar İttifaqı Komitəsinin universitetlə HİK arasında imzalanan kollektiv müqavilə əsasında işçilərin əmək şəraitinin yaxşılaşdırılması və əmək hüquqlarının qorunması istiqamətində bundan sonra da birgə fəaliyyət göstərəcəklərini qeyd edib.

Daha sonra hesabat məruzələri ilə çıxış edən AzTU HİK sədri Elvin Bəxtiyarlı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Mirməhəmməd Ələkbərli müvafiq olaraq rəhbərlik etdikləri komitələrin fəaliyyətləri və gələcək hədəfləri ilə bağlı geniş təqdimatla çıxış ediblər.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev AzTU-nun professor-müəllim heyəti ilə görüşü zamanı bildirib ki, Respublika Komitəsinin fəaliyyət istiqamətləri ittifaq üzvlərinin əmək hüquqlarının və sağlamlıqlarının müdafiəsi, onların ideyalarının dəstəklənməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığına dəstək vermək və müştərək layihələrin keçirilməsinə kömək etmək məsələlərini əhatə edir.

Çıxışının sonunda Araz Paşayev görüş iştirakçılarına uğurlar və müvəffəqiyyətlər arzulayıb.

Tədbirin sonunda, oktyabr ayında yubileyləri olan universitet əməkdaşları AzTU-nun rektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri tərəfindən fəxri fərmanlar və hədiyyələrlə təltif edilib.

Bənzər yazılar