Dərc olunub: 24.10.2024

Azərbaycan PISA tədqiqatlarına ətraf mühit savadlılığının ölçülməsini təklif edib.

Mektebgushesi.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində deyib. O bildirib ki, noyabrda COP29 çərçivəsində Azərbaycanda keçiriləcək elm və təhsil nazirlərinin görüşündə də bu məsələ müzakirə ediləcək.

“PISA-da oxu, riyaziyyat və təbiət elmləri ilə yanaşı, ətraf mühit savadlılığının ölçülməsi bəşəriyyət üçün əlavə dəyər yaradan bir təşəbbüs olacaq. Belə bir təşəbbüsdə iştirak etməkdən məmnunuq. Eyni zamanda, ölkəmizdə QS Beynəlxalq Reytinq şirkəti ilə böyük bir görüşün keçirilməsi nəzərdə tutulur. Bu görüşün də ətraf mühitlə bağlı problemlərin həllinə öz töhfəsini verəcəyinə inanırıq”, – deyə nazir qeyd edib.

Bənzər yazılar