Dərc olunub: 24.10.2024

“SAF-da heç kim məğlub olmur. Burada hamımız qalibik”.

Mektebgushesi.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında deyib.

O qeyd edib ki, SAF artıq 4 ildir keçirilir.

“SAF regionda təhsil sahəsində ən çox dövləti, şagirdi cəlb etmiş tədbirdir.  Hər il bu zalda asılan xarici ölkələrin bayraqlarının sayı artır. Bu il 15 ölkədən olan komandalar, 11 ölkədən münsiflər heyəti olmaqla, ümumulikdə 26 ölkədən olan iştirakçılar buradadırlar.

Yaşıl SAF Elm və Təhsil Naziliyinin təşkil etdiyi ən böyük tədbirdir. Cənab Prezidentin təşəbbüsü ilə keçirilən tədbir həm də Azərbaycanda yenidən ətraf mühitə bağlı düzgün mövqeyin formalaşdırılmasına yardımçı olur”.

Nazir qeyd edib ki, SAF-da heç kim məğlub olmur. Burada hamımız qalibik:

“Sevinirəm ki, hər il azərbaycanlı şagirdlər digər ölkələrdən olan yaşıdları ilə bir mühitdə yarışırlar”.

Bənzər yazılar