Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən Peşə təmayüllü siniflərin təşkil edildiyi 100 ümumi təhsil müəssisəsində təhsil alan XI sinif şagirdlərinin X sinifdə təhsil aldığı ixtisas üzrə qazandığı nəzəri biliklərin ölçülməsi məqsədilə qiymətləndirmə imtahanının keçirilməsinə başlanılıb.
Mektebgushesi.az xəbər verir ki, bu barədə ARTİ-dən məlumat verilib.
Qeyd edək ki, 18 oktyabrda onlayn şəkildə keçirilən qiymətləndimə prosesində 12 ixtisas üzrə ümumilikdə 597 şagird iştirak edib.