AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədinin təhsilin əlçatanlığını təmin etmək olduğunu bildirib. Qeyd edib ki, Fond Prezident İlham Əliyevin 2021-ci il 17 iyun tarixli Fərmanına əsasən yaradılıb.
Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi Günay Xəlilova çıxış edərək kreditlərin verilməsinin şərtləri, mərhələləri və kredit şərtlərinin üstünlükləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, kreditlərdən yararlanma səviyyəsi üzrə GDU tələbələri qabaqcıl sıradadır.
Leyla Rəhimova isə deyib ki, bu ilin yanvar ayında fondda işə götürənlər və innovasiya şöbəsi yaradılıb. Məqsəd əmək bazarına savadlı mütəxəsisləri cəlb etməkdir.
Sonda tələbələrin suallarını cavablandırılıb.