Dərc olunub: 22.10.2024

“Bu yaxınlarda Bakının rayonlarından birində çox ciddi qayda pozuntularının qeydə alındığı özəl uşaq evi aşkar olundu. Bu, onu deməyə əsas verir ki, dövlətin nəzdində olan uşaq evlərinə tətbiq olunan qaydalar özəl uşaq evlərinə də şamil edilməlidir”.

Mektebgushesi.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.

O bildirib ki, özəl uşaq evləri müəssisələrində dövlət müəssisələrində tətbiq olunan meyarlar tətbiq edilmir:

“Həmin müəssisələrdəki ciddi qayda pozuntuları onu deməyə əsas verir ki, həmin müəssisələrə lisenziya verilməsinə və fəaliyyətinə nəzarət edilməlidir. Gələcəkdə növbəti addım olaraq lisenziya verilməsinə və fəaliyyətə nəzarət edilməsi qanunvericiliklə nəzərdən keçirilmədir. Bu, çox ciddi qanun layihəsidir və gələcəkdə bunun təkmilləşdirilməsinə ehtiyac var”.

Bənzər yazılar