Dərc olunub: 22.10.2024

 

Bakı Mühəndislik Universiteti (BMU) Birləşmiş Ərəb Əmirlikləri Universiteti (BƏƏU) ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 3  istiqaməti üzrə ortaq tədqiqatlar aparacaq.

Hər iki üniversitetin  müəllim və tələbələrinin işitrakı ilə DİM-in “Təmiz su və sanitariya”, “Sərfəli və təmiz enerji”, “İqlim dəyişikliyinə qarşı mübarizə” istiqamətlərində komanda formalaşdırılacaq və seçilmiş komandalar yaxın günlərdə birlikdə tədqiqata başlayacaqlar.

Vurğulamaq vacibdir ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla, qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və bu istiqamətdə ölkəmizdə mühüm tədbirlər gerçəkləşdirilir. Onu da xatırlatmaq yerinə düşər ki, gələn ay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 Azərbaycanda keçiriləcək.

COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirliklərinin tanınmış universiteti ilə BMU-nun aparacağı birgə tədiqiqat iqlim dəyişikliyi ilə mübarizəyə,  o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətə töhfə vermək məqsədi daşıyır.

Qeyd edək ki, BƏƏU Birləşmiş Ərəb Əmirliklərinin aparıcı tədris və tədqiqat  müəssisəsidir.  70 proqram üzrə bakalavr təhsili verən universitet dünya reytinq sıralamasında 261-ci yerdə qərarlaşır.

Bənzər yazılar