Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında fəaliyyət göstərən Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə filialda növbəti psixoloji seminar təşkil olunub.
“Perfeksionizm” mövzusuna həsr olunan seminarda Təhsildə sosial-psixoloji xidmət ixtisasının II tədris ili tələbəsi Samirə Salahovanın təqdimatında hədsiz mükəmməlliyin (perfeksionizm) yaranma səbəblərindən bəhs edilib. Seminarda, eyni zamanda perfeksionizmin şəxsin davranışlarına, münasibətlərinə göstərdiyi mənfi təsirlər və onlardan xilas olmağın yolları haqqında da məlumat verib.
İnteraktiv formada keçirilən seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda GPB-nin rəhbəri baş müəllim Kəmalə Ramazanova çıxış edərək, təqdimatçı tələbəyə dolğun, elmi məlumatlara əsaslanan araşdırmaların əks olunduğu seminar təşkil etdiyi üçün minnətdarlığını bildirib.