Dərc olunub: 21.10.2024

Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi keçirilib.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən diaqnostik qiymətləndirilmə prosesində Naxçıvan Şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi Leyla Məmmədhəsənli və Naxçıvan Şəhər 7 nömrəli Körpələr evi- uşaq bağçasının tərbiyəçi müəllimi Sürayyə Qasımova maksimum 60 baldan 57-i bal toplayıb.

Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR

 

Bənzər yazılar