Dərc olunub: 21.10.2024

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün keçiriləcək ixtisas imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün oktyabrın 27-də imtahan keçirəcək.

İmtahanda iştirak edəcək şəxslər  “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Bənzər yazılar