Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri Avropanın ən böyük hakatonlarından biri olan “JunctionX Baku 2024”-də “Unlock the Future” üzrə qalib olublar.
“Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusuna həsr olunan hakaton Elm və Təhsil Nazirliyi nəzdində Təhsilin İnkişafı Fondunun dəstəyi ilə EESTEC Bakı tərəfindən Qafqazda təşkil edilən ilk “Junction” hakatonudur.
Gənclər arasında texnoloji yenilikləri təşviq edən hakatonda İDP-nin “İnformasiya texnologiyaları” ixtisasının II kurs tələbələri Rauf Cəlilov, Qurban Bənnayev və “Elektronika mühəndisliyi” ixtisasının II kurs tələbəsi Türkanə Bağışovadan ibarət “RQ Tech” komandası 9 finalçıdan biri olub.
BMU-İNHA İDP tələbələri “0 Waste” adlı layihə ilə “Emissiyaların azaldılmasında süni intellekt” kateqoriyası üzrə 2-ci, ümumi olaraq isə 5-ci yerə layiq görülüblər.