Dərc olunub: 21.10.2024

 

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ərzincan Binəli Yıldırım Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

BDU-dan  bildirilib ki, protokolda iki universitetin tələbələrinin, akademik və inzibati heyətinin qarşılıqlı mübadiləsi öz əksini tapıb.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Akın Levent imzalayıblar.

Ərzincan Binəli Yıldırım Universitetinin əsası 1976-cı ildə qoyulub. Universitetdə 12 fakültə, 17 mərkəz, 11 peşə məktəbi, 3 kollec və 4 institut fəaliyyət göstərir və 25 minə yaxın tələbə təhsil alır.

Bənzər yazılar