Dərc olunub: 21.10.2024

 

ARTİ tərəfindən satınalma üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir!

Uyğun namizədlərə tələblər aşağıdakı kimidir:

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması arzu olunandır;
  • Dövlət satınalmaları üzrə minimum 2 il iş təcrübəsi;
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Azərbaycan dili – sərbəst; rus və ya ingilis dili üstünlük hesab edilir;
  • Məsuliyyətlilik və hesabatlılıq;
  • Analitik düşünmə və qərarvermə qabiliyyəti;
  • Ünsiyyətcil və kollektivdə işləmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Dövlət satınalmaları ilə bağlı müvafiq məktub və digər sənədləşmə işlərinin təşkili;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklif paketinin seçilməsi;
  • Bağlanmış müqavilələrə uyğun olaraq malların (işlərin və xidmətlərin) sifarişi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
  • Malların (işlərin və xidmətlərin) satınalınması üzrə bağlanmış müqavilələrin icrasına nəzarət;
  • Sifarişlərin və ümumi prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Hesabatların, yekun aktların və digər müvafiq sənəd paketinin alınması və ödəniş üçün icraata verilməsi;

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Tələblərə cavab verən namizədlər başlıq yerində vakansiyanın adını qeyd etməklə CV-lərini (azərbaycan və ya ingilis dilində) gular.hasanova@arti.edu.az elektron ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 30 noyabr 2024-cü il

Bənzər yazılar