Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) nəzdində fəaliyyət göstərən “CreArt” Mədəniyyət klubunun təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Magic studio” keramika mərkəzində master klass təşkil olunub.
Master klass zamanı tələbələr keramikadan hazırlanmış fincanların üzərinə əlamətdar günə məxsus müxtəlif illüstrasiyalar çəkməyi öyrəniblər.