Dərc olunub: 18.10.2024

Oktyabrın 19-da keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün simulyasiya keçirilib.

Simulyativ test Bakı şəhəri üzrə 8 mərkəzdə təşkil edilib.

Simulyasiya zamanı namizədlər diaqnostik qiymətləndirilmə prosesinə uyğun olaraq sistemə giriş edərək təqdim olunan nümunə sualları cavablandırıblar.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Bənzər yazılar