Dərc olunub: 18.10.2024

Doğum günü ilə Azərbaycanın ən önəmli tarixi hadisələrindən birinin üst-üstə düşməsi onun həyatına və elmi fəaliyyətinə əlavə simvolik mənalar qatır.

Əsgər Sücayət oğlu Əhməd 18 oktyabr 1958 -ci ildə Ağdam rayonu Zəngişalı kəndində anadan olub.  1964 -1974 cü iilərdə Ağdam rayonu Zəngişalı Kənd orta məktəbində təhsil alıb. 1984 -cü ildə  Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1989- 91 ci illərdə ADPU-nun aspiranturasında (vətən tarixi ixtisası üzrə) təhsil alıb. 1998 -ci ildə Varşava şəhərində ”Free World Technique IV” proqramı çərçivəsində  ixtisasartırma kursu keçib. 2006-2009 -cu illərdə AMEA -nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tarixi Etnoqrafiya” şöbəsinin dissertantı (fəlsəfə doktoru proqramı üzrə) kimi təhsil alıb, 27 oktyabr 2010- cu ildə AAK-ın qərarı ilə tarix üzrə fəlsəfə doktoru, 25 may 2023 -cü ildən tarix elmləri doktoru elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1984-86 cı illərdə Ağcabədi rayonunda müəllim kimi başlayıb.  1987-1995- ci illərdə Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərib, 2007- ci ildən Bakı Slavyan Universitetində müəllim, kafdra müdiri, fakültə dekanı kimi çalışıb. Hazırda Bakı Slavyan Universitetində Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiridir. Azərbaycanın tarixi və milli dəyərlərinə dərindən bağlı olan, ölkənin azadlıq mübarizəsinə töhfə verən tanınmış tarixçi alim Əsgər Əhməd Azərbaycanın müstəqilliyinin yenidən bərpası uğrunda mübarizə aparan şəxsiyyətlərdən biridir.

Onun dərc olunmuş elmi və tədris-metodiki işlərin sayı 90-dan çoxdur. Onlardan 15-i nüfuzlu xarici elmi nəşrlərdə çap olunub.

Dəyərli alim Əsgər Əhmədi doğum günü münasibətilə təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırıq.

 

Bənzər yazılar