Dərc olunub: 17.10.2024
Dövlət İmtahan Mərkəzi (DİM) “Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanına qeydiyyat elan edib.

DİM-dən bildirilib ki, imtahana qeydiyyat noyabrın 6-dək davam edəcək.

İmtahan dekabrın 22-də “PreA1 Starters”, “A1 Movers” və “A2 Flyers” kvalifikasiyaları üzrə keçiriləcək.

Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında “LinguaSkill” imtahanlarını təşkil edir.

Ətraflı məlumat üçün international@dim.gov.az poçt ünvanına yazmaq olar.

Bənzər yazılar