İngilis dilini təkmilləşdirmək istəyən tələbələr şad xəbər – “Danışıq Klubu” fəaliyyətə başladı.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrası tərəfindən “Danışıq Klubu” fəaliyyətə başlayıb.
Hər həftənin dördüncü günü saat 14:00-da təşkil olunacaq təlimlər kafedranın baş müəllimi Elnurə Rəfiyeva tərəfindən aparılacaq. Bundan əlavə, təlimə ayda bir dəfə olmaqla native speaker rəhbərlik edəcək.
Bildirək ki, “Danışıq klubu” iştirakçılar arasında ingilis dilində mənalı dialoq yaratmaq, ünsiyyətdə olan boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulub. atmosferdə keçiriləcək təlimlər tələbələrimizdə ünsiyyət bacarıqlarını inkişaf etdirəcək, eyni zamanda ingilis dilində nitqlərini təkmilləşdirmək üçün platform rolunu oynayacaq.