Dərc olunub: 17.10.2024

 

UNESCO Özbəkistanın beynəlxalq səviyyədə nüfuzunun artmasında və möhkəmlənməsində, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində və dərinləşməsində mühüm rol oynayır. Bunun nəticəsidir ki, 2017-2023-cü illərdə milli-mədəni irsimizin ən nadir nümunələri UNESCO-nun siyahılarına daxil edilib və beynəlxalq səviyyədə bəşəri irs kimi tanınıb.

Mektebgushesi.az xəbər verir ki, bu sözləri Fərqanə Dövlət Universitetinin rektoru Bahodirjon Şermuhammedov jurnalistlərə müsahibəsində söyləyib.

Rektor bildirib ki, xüsusilə ötən il Parisdə UNESCO Baş Konfransının 42-ci sessiyasında Özbəkistanın 2025-ci ildə Səmərqənddə UNESCO Baş Konfransının 43-cü sessiyasının keçirilməsi təşəbbüsünün yekdilliklə dəstəklənməsi dünya ictimaiyyəti tərəfindən mühüm hadisə kimi qəbul edilib. Bu mötəbər beynəlxalq konfransın yüksək səviyyədə keçirilməsinə lazımi hazırlıq çərçivəsində Fərqanə Dövlət Universiteti də öz strategiyasını işləyib hazırlayıb və xarici ölkələrdə təbliğat işlərinə başlayıb.

“Bu işdə universitetin əsas məqsədi – dövlətçiliyimizin üç min ildən artıq inkişaf tarixi, dünya sivilizasiyasına misilsiz töhfələr vermiş ulu əcdadlarımızın elmi, mədəni və mənəvi irsi, eləcə də ölkəmizdə həyata keçirilən islahatlardan danışmaq, xarici ölkələrdə geniş təbliğat işləri aparmaq və bütün ölkələrlə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsidir.

Xüsusilə də bu məqsədlə Azərbaycana səfər edən Fərqanə Dövlət Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universiteti ilə əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlıq şərəfinə Odlar Yurdu Universitetində böyük beynəlxalq tədbir təşkil olunub”, – deyə rektor vurğulayıb.

Bənzər yazılar