Dərc olunub: 17.10.2024
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ankara İldırım Bəyazid Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Universitetdən  bildirilib ki, müqavilə çərçivəsində bakalavriat, magistrant, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Ankara İldırım Bəyazid Universitetinin əsası 2010-cu ildə qoyulub. Universitetdə 15 fakültə, 5 institut, 1 kollec, 4 peşə məktəbi, 27 tədqiqat mərkəzi, 1 konservatoriya fəaliyyət göstərir və 25 minə yaxın tələbə təhsil alır.

Bənzər yazılar