Bakı Ali Neft Məktəbi (BANM) ilə İmtiyazlı Sertifikatlaşmış Mühasiblər Assosiasiyası (ACCA) arasında anlaşma memorandumu imzalanıb.
BANM-dən bildirilib ki, memorandumu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və İmtiyazlı Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının Türkiyə, Azərbaycan və Gürcüstan Regional Mərkəzinin meneceri Ülgen Coşkun imzalayıblar.
Sənəd Bakı Ali Neft Məktəbi ilə adıçəkilən institut arasında peşəkar mühasibatlıq sahəsində kadr potensialının inkişafında geniş əməkdaşlığı nəzərdə tutur.
Memorandum Bakı Ali Neft Məktəbi və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) birgə təşkilatçılığı ilə keçirilən Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu çərçivəsində imzalanıb.