Məlum olduğu kimi 19-20 oktyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilli tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmənin test mərhələsi keçiriləcək.
Mektebgushesi.az “Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, Təhsil İnstitutu tərəfindən hazırlanan qiymətləndirmə çərçivəsinə istinadən xəbər verir ki, test imtahanı mərhələsinin sualları məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf sahələri üzrə hazırlanıb.
1. Məzmun və metodika üzrə mövzular:
Məktəbəqədər təhsilin inkişaf sahələri və standartları
Təlim və fəaliyyətlərin planlaşdırılması, təşkili, idarəedilməsi, dəyərləndirilməsi, proqnozlaşdırılması və s.
Psixo-pedaqoji nəzəri əsaslar:
• Uşaq şəxsiyyətinin formalaşması (ünsiyyət tələbatı, emosional-iradi inkişafı)
• Uşaqlarda yaşına görə öyrənmə xüsusiyyətləri
Metodika:
• Fiziki tərbiyə (sensor, böyük və kiçik motor bacarıqları)
• Ətraf aləmlə tanışlıq
• Nitq inkişafı
• Bədii təfəkkürün inkişafı
• Məntiqi və riyazi təfəkkürün inkişafı
• Savad təliminin inkişafı
• Uşaqlarda özünəxidmət və əmək vərdişlərinin formalaşması
• Oyunlar və onların təlimdə tətbiqi xüsusiyyətləri
Fəaliyyət mərkəzləri və onların xüsusiyyətləri
2. Təhlükəsizlik üzrə mövzular:
Uşaq hüquqları (konfidensiallıq və s.)
Gigiyena qaydaları və ilkin yardım
Xarici və daxili öyrədici mühitdə təhlükəsizliyin təmin edilməsi
İnklüziv təhsil mühitinin təşkili:
• Bütün uşaqlarda yaradıcılığın dəstəklənməsi və həvəsləndirilməsi
• Müxtəlif mədəniyyətli uşaqlarla iş və gender bərabərliyi
3. Pedaqoji etika və əməkdaşlıq üzrə mövzular:
Pedaqoji etika
Valideynlərlə iş formaları
Müəllimin ünsiyyət, qarşılıqlı əlaqə, əməkdaşlıq bacarıqları və konfliktlərin idarə edilməsi:
• uşaq-uşaq;
• uşaq-böyük;
• böyük-böyük.
4. Özünüinkişaf üzrə mövzular:
Tərbiyəçi-müəllimin hüquq və vəzifələri
Özünütəhlilin və stresə davamlılığın xüsusiyyətləri