Bu sözləri AZƏRTAC-a açıqlamasında konqresdə ölkəmizi təmsil edən milli elmi komandanın üzvü, Azərbaycan Texniki Universitetinin tələbəsi Səfərəli Səfərli deyib.
“Ötən gün konqresin elmi sessiyasında layihəmi təqdim etdim. “Süni intellekt naviqasiya və müşahidə sistemi (A.I.N.O.S)” layihəsi fiziki formula əsasən işləyən süni intellektdir. Süni intellekt yer səthindən səmadakı göy cisimlərinin, ulduzların və peyklərin koordinatlarını müəyyən etmək, izləmək və onlar haqqında ekranda məlumat vermək qabiliyyətinə malikdir. Şadam ki, təqdimatım iştirakçılar tərəfindən maraqla qarşılandı. Belə böyük kosmik elmi platformada iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm”, – deyə “SABAH” qruplarının bakalavriat səviyyəsinin tələbəsi bildirib.
Xatırladaq ki, Milan Konqresində ölkəmizi 50-dək tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda təmsil edir.
Nihad Budaqov