Astarada məktəbli intihar edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Siyakü kəndində baş verib.
Həmin kənddəki orta məktəbin 11-ci sinif şagirdi 2007-ci il təvəllüdlü M.Qəmxarov həyatına qəsd edib.
Bu gün səhər saatlarında anası 17 yaşlı oğlunun otağında olmadığını görərək axtarmağa başlayıb və özünü evlərinin həyətindəki yardımçı tikilidən asdığını görüb.
Faktla bağlı araşdırma aparılır.