Dərc olunub: 15.10.2024

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

APA-nın xəbərinə görə, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb.

Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H.Hüseynov həmyerlisi? 7-ci sinif şagirdi H.Qasımlı tərəfindən bıçaqlanıb.

Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bənzər yazılar