Mektebgushesi.az xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin (BDU) “Hənifə Məlikova- Zərdabi təqaüd proqramı” üzrə aylıq təqaüd qazanan, həmçinin ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayan 10 tələbəsi – Firuzə İbrahim, Güllü Abbasova, Səbinə Emçiyeva, Fatimə Qubadova, Günay İsayeva, Nuray Şirinli, Roza Əliyeva, Günel Həsənli, Aydan Əhmədova və Roza Həsənova elm və təhsil naziri Emin Əmrullayev və BDU-nun rektoru Elçin Babayev tərəfindən təltif edilib.
2021-ci ildən həyata keçirilən təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Artıq 58 rayon üzrə 265 nəfər “Hənifə Məlikova- Zərdabi təqaüd proqramı”nı qazanıb.