Dərc olunub: 14.10.2024

Yardımlı rayonunun Abasabad kənd sakinləri  redaksiyamıla əlaqə saxlayaraq kənd məktəblərindəki acınacaqlı durum barədə həyacanla məlumat verərək bu məsələnin ictimailəşməsinə köməyimizi xahiş etdilər. Onlar uşaqlarının savadsız yetişməsindən, məktəbdə təhsilin keyfyyətinin acınacaqlı durumundan ürək ağrısıyla bəhs etdilər.

Mektebgushesi.az  məsələnin aktuallığını nəzərə alaraq sizlərə paylaşırıq. Əminin ki, cənub regional Təhsil İdarəsi kənd sakinlərinin harayına biganə qalmayacaq.

Abasabad kəndinin abad olmayan məktəbi

Yardımlı rayonunun Abasabad kənd  məktəbi 30 ilə yaxındır ki, natamam orta məktəb kimi fəaliyyət göstərir. Vaxtilə 3 illik ibtidai təhsil məktəbi kimi kənd sakinlərinin təhsil almasında mühüm rol oynayan bu məktəb uşaq sayının artması,azyaşlı məktəblilərin qonşu kənddə gediş-gəlişinin çətinliyi səbəbindən 9 illik təhsil olcağı kimi fəaliyyətini davam etdirməyə başladı. Ötən müddət ərzində həqiqətən də bu məktəbdə təhsil məsələlərində uğurlar qazanıldı,müəllimlərin sayı artdı,kənd əhalisinin müqəddəs bir məkanına çevrildi.

Lakin son bir ildə bu məktəbdə baş verən proseslər, tədris səviyyəsinin münuma enməsi, müəllimlərin sadəcə başqa kəndlərdən gəlib aylıq maaş almaq sevdası təhsili yox səviyyəsinə gətirib çıxardı. Eyni zamanda bu kənddən əhalinin,xüsusən gənc ailələrin başqa yerlərə köç etməsi məktəbdə uşaq sayının kəskin şəkildə azalmasına,hətta siniflərdə şagird sayının 1 nəfərə enməsinə səbəb oldu. Hazırda bu məktəbdə müəllim sayı şagird sayını üstələyir, elm öyrətmə məsələsi müəllimlərin günkeçirmə mərhələsində davam edir.

Cənub Regional Təhsil idarəsin bu məktəbdəki vəziyyəti düzəltmək əvəzinə süni və qanunsuz şəkildə şagird sayını artırmaq kimi meodlardan istifadəni, məktəb rəhbərliyinin təhsili bərbad günə qoymasını seyr etməklə bütün qanunsuzluqları görməzdən gəlməklə öz işini bitmiş hesab edir.

Regional Təhsil idarəsi kənd sakinlərinin dəfələrlə Təhsil Naziri Emin Əmrullayevə bu məktəbdəki təhsilin vəziyyəti barədə həyəcan dolu müraciətlərinə belə əhəmiyyət verməyərək kənd sakinlərinin deyil, məktəb rəhbərliyinin vəkili kimi çıxış edir, qanunsuzluqları ört-basdır etməklə Azərbaycanın gələcəyi olan uşaqların taleyinə biganəlik nümayiş etdirir.

Abasabadın abad olmyan kənd məktəbindəki vəziyyət sözün həqiqi mənasında ciddi narahatçılıq döğurur.Bura təhsil ocağıdır,gələcəyimizin kamil bir vətəndaş kimi yetişməsində ilk nərdivandır.Bura beş on müəllimin sadəcə maaş almaq üçün bir sənaye müəsisəsi deyildir.Tədrisin keyfiyyətini yüksəltmək üçün ilk növbədə ,düzgün,ağıllı,şəraitə uyğun tədris qaydalarına əməl edilməlidir. Təssüf ki,bu məktəbdə tədris deyil, qazanc öndə gedir.

Məktəbdəki, reallıqlardan danıçaq. Məktəbin 9-cu sinifində 1 şagird təhsil alırdı. Bu isə mövcud  təhsil qaydalarına uyğun gəlmirdi.Məktəb direktoru bu problemin həllini uşaq sayını artırmaqla həll etdi.Abasabad kəndindən 15 km məsafədə yerləşən Dəryavar kənddən 1 uşaqı məktəbə qəbul etməklə hər şeyi qanunauyğun nizama saldı. Maraqlı odur ki,bu şagird Abasabad kəndınə dərsə gələrkən 5 dən çox kəndin Orta məktəbinin yanından keçərək 9 illik natamam orta məktəbdə təhsil almağı üstün tutdu.Regional Təhsil idarəsi  Abasabad kəndindəki bu möcüzələri özü üçün bir təcrübə mənbəyi hesab edərək burdakı neqativ hallara anca göz yumur, hətta əlindən gələn dəstəyi əsirgəmir.

Kənddə dərs verən müəllimlərin başqa kəndlərdən olduğu,hətta əlavə məktəblərdə çalışdıqları üçün təbii ki,15-20 şagirdi olan,tədrisi yox səviyyəsində sürünən bu məktəbə əlavə maaş yeri kimi baxmaları təbiidir.Məktəb direktoru gün ərzində məktəbdə 1 saat vaxt keçirirsə başqa söz deməyə nə hacət.

Təhsil Nazirliyinin effekti olmayan,az saylı şagir kontiningeti olan məktəblərin birləşməsi barədə qərarı bu bu kənd sakinləri üçün şad xəbər olsa da, regional Təhsil idarəsinin çətiri altında olan bu məktəbdə  prosesin baş tutacağı çətin görünür. Qonşu Hamarkənd kənd orta məktəbi rayonumuzun öndə gedən məktəblərindən biri olduğu üçün kənd sakinləri bu barədə Təhsil Nazirinə belə müraciət ediblər.Nəticəni gözləyən kənd sakinləri uşaqlarının savadsız gələcəyindən olduqca nigarandırlar.

Hələ ki,şad xəbəri alacaqları günü də səirsizliklə gözləyirlər. Regional Təhsil idarəsinin ədalətli,hələ də korrupsiyaya qurşanmamış əməkdaşlarını Abasabad kəndində gözləyirlər.Gəlin gözünüzlə görün deyirlər.

 

 

 

 

 

Bənzər yazılar