Dərc olunub: 14.10.2024

Şəkidə ADA Universitetinin kampusunun açılması ilə bağlı layihə üzərində çalışırıq. Dörd moduldan ibarət layihə Bakı, Qazax, Şəki və İtaliyanın Milan şəhərində həyata keçirilir. Şəkinin ərazisi ümumi araşdırılıb. Layihəni ən çox Şəkidə əl işlərinin inkişafı, təhsilə yönəldilməsi ilə əlaqələndirmişik.

Bu fikirləri  müsahibəsində Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin memarı Aliyə Bəhramova deyib. O bildirib ki, aparılan analizlər nəticəsində Şəkidəki beş mülkün bərpa layihəsi təqdim edilib: “Bizə iki ərazi verilib, onlardan biri Zülfüqarovlar, digəri Hüseynbəyovların mülkləridir. Hazırda onların vəziyyəti tam olaraq yaxşı deyil, hətta bir binanın yarısı tamamilə dağılıb. Layihəmizdə binalarda olan ənənəvi Şəki elementlərinin də bərpasını nəzərə almışıq. ADA Universitetinin Şəki kampusu 120 tələbəni əhatə edir. Biz konsept layihəni təqdim edirik, yekun qərarı universitet verəcək”.

 

Bənzər yazılar