Dərc olunub: 12.10.2024

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə məktəblilər arasında yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunan silsilə tədbirlər keçirilib.

Mektebgushesi.az xəbər verir ki, “Diqqət, uşaqlar!” aylığı çərçivəsində İsmayıllı, Qəbələ, Zaqatala, Göygöl, Ağdam, Goranboy, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul və paytaxtın Xəzər rayonunda yerləşən ümumtəhsil məktəblərində təşkil olunan görüşlərdə 1100-dən çox şagird iştirak edib.

Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin və DYP qurumlarının moderatorluğu ilə keçirilən görüşlərdə təhsilalanlara “Qırmızı, Sarı, Yaşıl” devizi altında icra olunan layihənin əhəmiyyəti haqda məlumat verilib, yol hərəkəti qaydaları ilə bağlı məktəblilərin bilik səviyyəsi öyrənilib, bu sahədə onlara zəruri məlumat və tövsiyələr verilib.

Tədbirlərdə şagirdlərin sualları cavablandırılıb, onlara layihə çərçivəsində hazırlanan maarifləndirmə xarakterli materiallar və hədiyyələr təqdim olunub.

 

Bənzər yazılar