Dərc olunub: 11.10.2024

Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya

Mektebgushesi.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının tələbələrinin bufetdə dönərdən zəhərləndiyi qeyd olunub.

Zəhərləndiyi bildirilən tələbələr bunlardır:

Sabirabad rayon sakini, 2003-cü il təvəllüdlü Ö.Rüstəmov,

Tovuz rayon sakinləri – 2007-ci il təvəllüdlü F.Rzayeva və 2001-ci il təvəllüdlü İ.Niyazova,

Gəncə şəhər sakini, 2007-ci il təvəllüdlü F.Süleymanova,

Yevlax rayon sakini, 2005-ci il təvəllüdlü F.Nəsibova,

Ağstafa rayon sakinləri – 2000-ci il təvəllüdlü Ş.Məmmədova, 2005-ci il təvəllüdlü N.Hacıyev,

Daşkəsən rayon sakini, 2005-ci il təvəllüdlü C.İsrafilov,

Mingəçevir şəhər sakini, 2007-ci il təvəllüdlü S.Əliyeva,

Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü N.Əmirova,

Beyləqan rayon sakini, 2004-cü il təvəllüdlü R.Mədətov,

Ağcabədi rayon sakini, 2005-ci il təvəllüdlü M.Qasımova,

Şamaxı rayon sakini, 2003-cü il təvəllüdlü N.Məlikov,

Qazax şəhər sakini, 2006-cı il təvəllüdlü R.Məmmədli,

Gədəbəy rayon sakini, 2005-ci il təvəllüdlü G.Bağırova,

Kəlbəcər rayon sakini, 2005-ci il təvəllüdlü M.Şahbazov,

Goranboy rayon sakinləri, 2004-cü il təvəllüdlü O.Cəfərov və 2005-ci il təvəllüdlü A.İsgəndərova.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Bənzər yazılar