Dərc olunub: 11.10.2024

COP29 çərçivəsində “yaşıl məktəb” standartlarının, o cümlədən ətraf mühitin uşaqların öyrənməsinə təsirinin müzakirəsi planlaşdırılır.

Mektebgushesi.az xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel iclasında deyib.

“İlk növbədə aydındır ki, müəllimlər iqlim dəyişikliyi sahəsində ixtisaslı mütəxəssis və müvafiq bacarıqlara malik olmalıdırlar”, – H.Həsənli bildirib.

Nazir müavini vurğulayıb ki, UNESCO-nun “Yaşıl Yeni Təhsil” təşəbbüsündəki ölkələr COP29-da iştirak edəcək: “Biz əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların irəliləyişi barədə müzakirələr aparırıq. “Yaşıl məktəb” standartlarını, ətraf mühitin uşaqlara və öyrənməyə təsirinin müzakirəsini səbirsizliklə gözləyirik”.

Bənzər yazılar