Dərc olunub: 11.10.2024

AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə Folklor İnstitutundan məlumat verilib. İnstitutun elmi katibi dosent Elçin Abbasov çıxışında konfransın Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq təşkil edildiyini bildirib. O, Naxçıvanın muxtariyyət statusunun tarixi önəmini vurğulayıb, qədim tarixə və zəngin mədəniyyətə malik bu regionun Azərbaycanın ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynadığını diqqətə çatdırıb.

Plenar iclasda “Naxçıvanın daş qoç qəbirüstü abidələrinin mifoloji semantikası” və “Naxçıvanın qədim məişət əşyaları” mövzularında məruzələr dinlənilib.

Konfransın bölmə iclaslarında Naxçıvan regionunun folkloru, etnoqrafiyası, adət-ənənələri, bu bölgədən olan şair və yazıçıların ədəbi irsinin araşdırılmasını əhatə edən məruzələr təqdim olunub, geniş fikir mübadiləsi aparılıb.

Bənzər yazılar