Təhsil sahəsində fəaliyyət göstərən “Quacquarelli Symonds” (QS) beynəlxalq analitik agentliyi bu gün dünyanın ən yaxşı universitetlərinin illik fənn reytinqlərini- QS Dünya Universitetləri Reytinqi Fənn üzrə- iki fənn: “Neft və qaz sahəsində mühəndislik ixtisasları”/“Engineering – Petroleum” və “Təhsil və tədris”/ “Education and Teaching” üzrə yenidən dərc edib.
Bu reytinqlər 95 ölkə və ərazidə 1500 universitetdə təhsil alan tələbələr üçün 16,400-dən çox təhsil proqramını müqayisə edən müstəqil analizi təqdim edir. Reytinq 55 fənn və 5 geniş fənn kateqoriyası üzrə ölçülmüşdür.
“Neft və qaz sahəsində mühəndislik ixtisasları” fənn reytinqinin yeni versiyasına ilk dəfə olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) daxil olub. İştirakçı universitetlərin yenilənmiş fənn reytinqi siyahısında ADNSU 101-150 aralığında yer alır.
Başqa sözlə, ADNSU “Neft və qaz sahəsində mühəndislik ixtisasları” üzrə təhsil proqramlarına malik olan dünyanın ən yaxşı 150 universiteti sırasına daxildir.
Bu nəticə, universitetin “İşəgötürənlər arasında reputasiya” indikatoru üzrə yüksək göstəricisi sayəsində əldə edilib ki, bu da tələbə və məzunların gələcəkdə işlə təmin təmin olunmalarına imkan verən yüksək hazırlıq səviyyəsinin göstəricisidir.
Beləliklə, Azərbaycan universitetlərinin QS Dünya Universitetləri Reytinqi Fənn üzrə reytinqlərində sayı üçə çatıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən başqa, bu reytinqlərə Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də daxildir.
2024-cü il üzrə Dünya Universitetlərinin Ən Yaxşı Fənn Reytinqləri – QS World University Rankings by Subject 2024: Azərbaycan ali təhsil müəssisələrinin nəticələri | |||
2024-cü il üzrə | 2023-cü il üzrə | Universitet | Fənn /Fənn kateqoriyası |
101-150 | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti | Neft və qaz sahəsində mühəndislik ixtisasları | |
301-340 | 301-340 | Azərbaycan Dillər Universiteti | Müasir Dillər |
351-400 | 501-530 | Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | İqtisadiyyat və ekonometriya |
501-550 | Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | İctimai fənnlər və menecment |
Sergey Xristolyubov, QS-in regional direktoru, qeyd edir: “Azərbaycan universitetlərinin reytinqlərimizdə bütün səvyyələr üzrə iştirakı genişlənir və ADNSU-nun “Neft və qaz sahəsində mühəndislik ixtisasları” fənn reytinqində yüksək mövqeyə daxil olması ilə bunu bir daha təsdiq edir. Ötən il bu universitet dünya universitetləri reytinqində debüt etdi, bu il isə bizim flaqman institut reytinqimizdə və Avropanın ən yaxşı universitetləri üzrə regional reytinqdə mövqelərində əhəmiyyətli yaxşılaşma ilə fərqlənib”.
Metodologiya
QS, dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərini hazırlayarkən beş əsas göstəricidən istifadə edir: akademik reputasiya, işəgötürənlər arasında reputasiya, bir nəşrə görə sitatların sayı, Hirsch indeksi və beynəlxalq elmi əməkdaşlıq indeksi. Onların hər birinin dəyəri, müvafiq fənnin dərcolma fəallığının spesifikasından asılıdır. Məsələn, Elsevier-in Scopus beynəlxalq elmimetrik platformasının məlumatları əsasında hesablanan elmi fəallıq göstəriciləri Tibb sahəsindəki təhsil proqramları üçün mühüm əhəmiyyət kəsb edir, halbuki ifaçılıq incəsənət sahəsində tədris proqramları üçün peşə bacarıqlarına yiyələnmə daha önəmlidir.
Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərinin metodologiyası haqqında ətraflı məlumat üçün buraya daxil olun:
https://www.TopUniversities.com/subject-rankings/methodology