Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “2024 – Gənclərin İqtisadiyyat Olimpiadası” keçirilib.
Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, Universitetin Tikinti-iqtisad fakültəsində təşkil olunan olimpiadada iqtisadiyyatyönümlü ixtisaslarda təhsil alan 50 gənc öz biliklərini sınamaq imkanı əldə edib.
İqtisadiyyat olimpiadasının əsas məqsədi, tələbələrin iqtisadi sahədəki bilik və bacarıqlarını qiymətləndirmək, səriştəsi və bacarığı ilə digər gənclərdən fərqlənən tələbələri tanımaqdır. Qeyd olunub ki, bu cür olimpiyadalar, iştirakçıların analitik düşüncə tərzini inkişaf etdirmək və yüksək potensiala sahib gəncləri üzə çıxarmaq baxımından önəmli addımdır.
Sonda olimpiadada iştirak edən bütün tələbələrə sertifikatlar təqdim olunub.
Məlumat üçün bildirək ki, İqtisadiyyat olimpiadasında ən yüksək nəticə göstərən 15 tələbə “FZ Academy” tərəfindən müxtəlif kurslar üzrə 6 aylıq ödənişsiz təhsil paketi əldə edəcək. Bu, iştirakçılara əlavə bilik və bacarıqlar qazanmaq, peşəkar inkişaflarına yönəlmiş yeni perspektivlər açmaq baxımından önəmli olacaq.