Dərc olunub: 09.10.2024

Sentyabr ayı üzrə 787 müraciətçinin 554-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 233 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 209, təhsil forması səbəbilə 8, ekvivalenti olmayan ixtisas səbəbilə 6, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 265, Rusiyadan 242, Ukraynadan 126, Gürcüstandan 40, Birləşmiş Krallıqdan 28, Belarusdan 21, Polşadan 10, Macarıstandan 8, Litvadan 6, Almaniyadan 5, Amerika Birləşmiş Ştatlarından 5, İtaliyadan 4, Niderlanddan 4, Çindən 3, İrandan 3, Kiprdən 3, Latviyadan 3, Qazaxıstandan 3, Bolqarıstandan 1, Çexdən 1, Fransadan 1, Kanadadan 1, Malayziyadan 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızıstandan 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 57, biznesin idarə edilməsi üzrə 53, menecment üzrə 51, iqtisadiyyat üzrə 49, tibb üzrə 34 müraciət qeydə alınıb.

Bənzər yazılar