Dərc olunub: 09.10.2024

Biləsuvar və İmişli rayonlarında bu ildən etibarən inklüziv siniflər fəaliyyət göstərməyə başlayıb.

“Report”un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbində, həmçinin İmişli şəhər 7 nömrəli tam orta məktəbində və Muradxanlı kənd tam orta məktəbində bu tədris ilindən inklüziv siniflər fəaliyyət göstərir.

Qeyd edək ki, inklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz yaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.

Bənzər yazılar