Dərc olunub: 08.10.2024

Son günlər sosial şəbəkələrdə azyaşlıların valideynləri tərəfindən şiddət hallarını əks etdirən paylaşımlar yer alır.

Bəzi valideynlər dünyaya gətirdiyi və ya himayəsində olan azyaşlının psixi və fiziki sağlamlığını ikinci plana atırlar.

Nəticədə isə həmin uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşması da sual doğurur.

Bu kimi hallarda isə köməyə dayələr çata bilər. Onlar günün stressindən, məişət qayğısından və ya valideynlik məsuliyyətindən uzaq, azyaşlıların daha sakit böyüməsində, cəmiyyətə yararlı insan olaraq yetişməsində vacib rol oynaya bilərlər.

Ancaq ölkəmizdə dayə institutunun olmaması, dayəliyin bir peşə kimi formalaşmaması ürəkaçıcı deyil.

Dayəlik şirkətinin rəhbəri Fidan Allazovanın sözlərinə görə, sözügedən peşə ilə bağlı vakansiya üzrə bir neçə günlük kurslar təşkil olunsa da, müraciət edən yoxdur.

Ətraflı Real TV-nin süjetində:

 

 

Bənzər yazılar