Dərc olunub: 08.10.2024

 

Oktyabrın 15-dən Azərbaycanda tələbələrə “Vahid tələbə kartı”nın verilməsinə başlanılır. “Tələbə Plus” kartının ilkin mərhələdə 170 min nəfər – əsasən elm və təhsil nazirliyinə tabe olan müəssisələrin tələbələri üçün nəzərdə tutulub. Növbəti mərhələlərdə isə digər bütün ali təhsil müəssisələrinin tələbələri üçün olacaq.

Mektebgushesi.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Vahid tələbə kartı”nın ilkin olaraq 11 universitetdə təhsil alan tələbələrə təqdim edilməsi nəzərdə tutulub: “Sonrakı mərhələdə bu kartlar digər universitetlərə də şamil olunacaq. Tələbə kartları tələbələr üçün xüsusi endirimləri, müxtəlif sahələrdən onların rahat istifadəsini nəzərdə tutur. Gələcəkdə isə bu, nəqliyyat, sosial və s. kimi xidmətlərə də şamil ediləcək”.

Qeyd edək ki, “Vahid tələbə kartı” Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa- Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələrinə verilir.

Bənzər yazılar