Dərc olunub: 08.10.2024

 

Bakı Dövlət Universiteti (BDU) 105 illik yubileyinə həsr olunmuş “105 yaşlı elm və təhsil məbədi” mövzusunda tələbələr arasında esse müsabiqəsi elan edir.

Universitetdən bildirilib ki, müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.

Esselər müəllifin tələbə biletinin surəti ilə birlikdə oktyabrın 31-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblər hədiyyə və sertifikatla təltif ediləcəklər.

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89

e-mail: press-service@bsu.edu.az.

Bənzər yazılar