Abşeronda həyat yoldaşı ilə qızını qətlə yetirməkdə təqsirləndirilən Qobu qəsəbə sakini Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mektebgushesi.az-ın məlumatına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilənə hökm oxunaraq ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dəhşətli hadisə 2023-cü ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Qobu qəsəbə sakini Fərid Hüseynli ailə münaqişəsi zəminində həyat yoldaşı 2003-cü il təvəllüdlü Leyla Hüseynliyə və onun 8 aylıq körpəsinə ağır xəsarətlər yetirərək onları qətlə yetirməkdə təqsirləndirilib. Ona qarşı cinayət məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin 3-cü kurs tələbəsi olub.