Dərc olunub: 07.10.2024

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrin fəaliyyətində qadınların rolu” mövzusunda dəyirmi masa təşkil edilib.

Bu barədə DİA-dan məlumat verilib.

Tədbiri Dövlət İdarəçilik Akademiyasının ümumi işlər üzrə prorektoru Mirağa Seyidli açaraq qeyd edib ki, demokratik idarəetmənin xüsusiyyətlərindən olan yerli idarəetmənin Azərbaycanda təşəkkül tapması Ulu Öndər Heydər Əliyevin iradəsi və əməyi nəticəsində mümkün olub. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət Azərbaycanı dünyanın qüdrətli ölkələrindən birinə çevirib.

Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini Mehti Abdullayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı genişmiqyaslı hüquqi islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla və sistemli şəkildə davam etdirilərək qlobal dünyada sosial-iqtisadi amillər, elmi-texniki nailiyyətlər və yeni çağırışlar nəzərə alınmaqla həyata keçirilir. O, DİA ilə birlikdə həyata keçiriləcək fəaliyyət istiqamətləri haqqında iştirakçıları məlumatlandırıb.

Daha sonra DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev, Siyasi idarəetmə fakültəsinin dekanı Murtəza Həsənov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş İdarəsinin məsul əməkdaşı Fəridə Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Sədaqət Rəhimova, habelə bələdiyyə təmsilçiləri çıxış edərək gələcək əməkdaşlıq və fəaliyyət istiqaməti üzrə fikirlərini bildiriblər.

Daha sonra tələbələrin sualları cavablandırılıb.

Bənzər yazılar